Modern.az

“Nə Çinlə, nə də Rusiya ilə müharibə istəmirik” – Amerikalı general

“Nə Çinlə, nə də Rusiya ilə müharibə istəmirik” – Amerikalı general

Dünya

29 Oktyabr 2021, 11:54

ABŞ Birləşmiş Qərargahlar Komitəsinin sədr müavini, general Con Hayten emosional açıqlama verib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Hayten Amerika Birləşmiş Ştatlarının heç bir ölkə ilə müharibə aparmaq istəmədiyini vurğulayıb.

 

“Ümid edirəm ki, hər kəs bizim İranla müharibə etmək istəmədiyimizi bilir. Biz Çinlə müharibə istəmirik. Biz Rusiya ilə müharibə istəmirik. Biz Şimali Koreya ilə də müharibə istəmirik. Əslində biz müharibələrdən yorulmuşuq. Yenə müharibə etmək istəmirik. Diplomatiyanın işləməsini istəyirik. Ümid edirəm ki, nə zamansa, Çin və Rusiya ilə bir stol arxasında əyləşərik və hər şeyi müzakirə edərik”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!