Modern.az

Saakaşvilinin aclıq aksiyası ələ salındı: “Gündə 3 litr limonad içir”

Saakaşvilinin aclıq aksiyası ələ salındı: “Gündə 3 litr limonad içir”

Dünya

30 Oktyabr 2021, 11:19

Hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobahidze eks-prezident Mixail Saakaşvilini ələ salıb.

 

Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, partiya sədri eks-prezidentin aclıq aksiyası keçirməsini imitasiya adlandırıb.

“Saakaşvili aclıq aksiyasını imitasiya edir. Hətta bizim məlumatımıza görə bu gün Saakaşvili seçki günü olduğu üçün səhhətinin pisləşdiyini deməklə tərəfdarlarında emosiyalar oyatmağı planlaşdırır. O heç aclıq aksiyası da etmir. Bütün həbsxana ona gülür, Saakaşvili hər gün 3 litr limonad içir”.

 

Mixail Saakaşvili oktyabrın 1-də Tbilisdə saxlanılıb. Onun barəsində bir neçə maddə ilə cinayət işi açılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!