Rusiya son üç gündə Ukraynada 480 hərbçi itirib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb.
Beləliklə, Rusiyanın müharibə başlayandan bəri itkilərinin sayı 206 200-ə çatıb.
Bundan başqa, rusların indiyədək 3 799 ədəd tankı, 7 442 ədəd zirehli döyüş maşını, 3 406 ədəd artilleriya sistemi, 572 ədəd raket sistemi, 329 hava hücumundan müdafiə sistemi, 310 ədəd hərbi təyyarəsi, 296 ədəd helikopteri, 6 172 ədəd nəqliyyat vasitəsi və yanacaq çəni, 18 ədəd gəmi/kateri, 2 941 ədəd operativ-taktiki PUA və 449 ədəd xüsusi texnikası məhv edilib.