Modern.az

“British Airways” 150 reysi ləğv etdi

“British Airways” 150 reysi ləğv etdi

27 May 2023, 09:29

“British Airways” aviaşirkət iki gündə təxminən 150 reysi ləğv edib.


Modern.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazıb.


Bildirilib ki, cümə axşamı şirkət 80 reysi, cümə günü isə yalnız günün birinci yarısında 66 reysi ləğv etmək məcburiyyətində qalıb.

 

Buna səbəb kompüterlərdə problem yaranması olub.


Orta hesabla “British Airways” təyyarələri gündə təxminən 850 daxili və beynəlxalq uçuş həyata keçirir. Eyni zamanda, qarşıdan gələn yaz tətili və həftə sonları ilə əlaqədar Britaniya hava limanlarında sərnişin axını kəskin şəkildə artıb.

 

Şirkət sərnişinlərdən üzr istəyib və Brinasazlığın nədən ibarət olduğunu və onun nəticələrinin tam olaraq nə vaxt aradan qaldırılacağını açıqlamayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?