Modern.az

Araz Ağalarov Moskvadakı terrordan DANIŞDI

Araz Ağalarov Moskvadakı terrordan DANIŞDI

Dünya

24 Mart 2024, 00:13

“Crocus City Hall”un sahibi Araz Ağalarov ötən gün konsert zalında törədilmiş terror aktı barədə danışıb.

 

Modern.az xəbər verir ki, o, RBK-ya açıqlamasında baş verənləri dəhşətli faciə adlandırıb.

 

O qeyd edib ki, son 20 ildə belə bir hadisə olmayıb.

 

"Terrorçular zala qapıdan deyil, qonşu sərgi mərkəzinin pəncərəsindən daxil olublar.

 

Avtomatlarla gördükləri hər şeyə atəş açmağa başlayıblar, bütün insanlara, mühafizəçilərə... Bir mühafizəçi həlak olub, digəri yaralıdır”, - iş adamı vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?