Modern.az

Türkiyədə ZƏLZƏLƏ

Türkiyədə ZƏLZƏLƏ

Dünya

27 Mart 2024, 09:11

Türkiyənin Bingöl vilayətində zəlzələ olub.

 

Modern.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.

 

Bildirilib ki, vilayətin Karlıova rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3.3 ballıq maqnituda ilə qiymətləndirilib.

 

Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir