Modern.az

Zelenski onu Moldovaya səfir göndərir

Zelenski onu Moldovaya səfir göndərir

Dünya

30 Mart 2024, 00:14

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibi Aleksey Danilov ölkənin Moldovadakı səfiri olacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

 

Zelenski Ukraynanın Moldova Respublikasında yeni səfiri vəzifəsinə Danilovun namizədliyi ilə razılaşdığını bildirib.

 

"Bizim üçün Moldova həm regionda təhlükəsizlik problemləri, həm də ikitərəfli qarşılıqlı fəaliyyətimiz baxımından son dərəcə əhəmiyyətli dövlətdir", - Zelenski deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?