Modern.az

Tehran Brüssel görüşünə belə REAKSİYA VERDİ

Tehran Brüssel görüşünə belə REAKSİYA VERDİ

Dünya

9 Aprel 2024, 23:02

İran tərəfi aprelin 5-də Brüsseldə keçirilən Avropa İttifaqı-ABŞ-Ermənistan üçtərəfli görüşünə münasibət bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani danışıb.

 

O bildirib ki, Cənubi Qafqaz geosiyasi rəqabət meydanına çevrilməməlidir.

 

Sözçü qeyd edib ki, sülh və sabitliyin bərqərar olması üçün regional əməkdaşlıq vacibdir.

 

"Bu baxımdan regional formatların imkanlarından, o cümlədən "3+3" formatından istifadə etmək əhəmiyyətlidir. Bu xüsusda sülh və sabitliyi möhkəmləndirmək və qarşılıqlı fayda əsasında əməkdaşlığı gücləndirmək lazımdır”, - sözçü vurğulayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!