Modern.az

Rusiya məşhur jurnalisti axtarışa verdi

Rusiya məşhur jurnalisti axtarışa verdi

Dünya

10 Aprel 2024, 00:25

Rusiya Daxili İşlər Nazirliyi yazıçı, rejissor və jurnalist Mixail Zıqarı axtarışa verib.

 

Modern.az xəbər verir ki, o, Rusiya Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarışdadır.

 

Mart ayında jurnalistə qarşı Rusiya ordusu ilə bağlı saxta xəbərlərə görə cinayət işi açılıb. İşin başlanmasına konkret nə səbəb olduğu məlum deyil.

 

Zıqar 21 oktyabr 2022-ci ildə xarici agentlərin reyestrinə daxil edilib. Jurnalist Rusiya Ədliyyə Nazirliyinin bu qərarına etiraz etməyə çalışsa da, məhkəmə bundan imtina edib. Elə həmin il Mixail Zıqar Rusiyanı tərk edib. Hazırda Berlində yaşayır.

 

Yazıçı və jurnalist əvvəllər “Kommersant”da işləyib və “Dojd” telekanalının baş redaktoru olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!