Modern.az

Ursula fon der Leyen korrupsiyada ittiham olundu

Ursula fon der Leyen korrupsiyada ittiham olundu

Dünya

10 Aprel 2024, 10:02

Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin korrupsiya işlərində əli olduğunu açıqlayıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki,  Florian Filipponun sözlərinə görə, fon der Leyenin himayədarlıq göstərdiyi partiya üzvü Markus Piperi Avropa Komissiyasında vəzifəyə təyin edərkən özbaşınalıq edib.
“Məlumata görə, fon der Leyen partiya üzvünü bu vəzifəyə qoymaq üçün xüsusi olaraq kiçik və orta biznes elçisi vəzifəsini yaradıb”, - deyib.

Filippo qeyd edib ki, Avropa İttifaqı əslində külli miqdarda pul alan və geniş səlahiyyətlərə malik olan, lakin məhdudlaşdırıcı və əks tarazlıq mexanizmlərinə malik olmayan dərin korrupsioner sistemdir.

Florian Filippo Fransanı Avropa İttifaqından çıxmağa çağırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!