Modern.az

Lukaşenko Putinin qəbuluna niyə gedir...

Lukaşenko Putinin qəbuluna niyə gedir...

Dünya

10 Aprel 2024, 18:01

Rusiya prezidenti Vladimir Putin aprelin 11-12-də Moskvaya işgüzar səfər edəcək Belarus lideri Aleksandr Lukaşenko ilə danışıqlar aparacaq.

Modern.az xəbər verir ki, Belarusun teleqram kanallarının məlumatına görə, prezidentlər gələcək ikitərəfli əməkdaşlığın əsas məsələlərini, o cümlədən yanvarın 29-da Sankt-Peterburqda keçirilmiş İttifaq Dövləti Ali Dövlət Şurasının sessiyasının qərarlarının icrası prosesini müzakirə etmək niyyətindədirlər.

Bundan əlavə, Lukaşenko administrasiyasına yaxın kanalın məlumatına görə, Rusiya və Belarus liderləri aprelin 12-də Kosmonavtika Günü münasibətilə birgə tədbirlər keçirməyi planlaşdırırlar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!