Modern.az

HƏMAS liderinin üç oğlu, iki nəvəsi ÖLDÜRÜLDÜ

HƏMAS liderinin üç oğlu, iki nəvəsi ÖLDÜRÜLDÜ

Dünya

10 Aprel 2024, 20:04

İsrail ordusu Qəzza zolağında HƏMAS siyasi bürosunun lideri İsmayıl Haniyənin ailə üzvlərinin olduğu avtomobilə zərbə endirib.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb. Məlumatı Haniyənin özü də təsdiq edib.

 

Məlumata görə, HƏMAS liderinin üç oğlu - Hazem, Amir və Mohammadin içində olduğu avtomobil Qəzzanın Əl-Şati düşərgəsində partladılıb və hər üçü ölüb. HƏMAS mediası bildirib ki, Haniyənin iki nəvəsi də hücumda həlak olub, üçüncüsü isə yaralanıb.


"Tələblərimiz aydın və konkretdir və biz onlara güzəştə getməyəcəyik. Düşmən danışıqların kulminasiya nöqtəsində və hərəkatın cavabını göndərməmişdən əvvəl oğullarımın hədəfə alınmasının HƏMAS-ı mövqeyini dəyişməyə sövq edəcəyini düşünsə, aldanacaq", - o qeyd edib.

 

Haniyənin böyük oğlu "Facebook" səhifəsində üç qardaşının öldürüldüyünü təsdiqləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!