Modern.az

Zəngəzurda daha bir erməni hərbçi ÖLDÜ 

Zəngəzurda daha bir erməni hərbçi ÖLDÜ 

Dünya

15 Aprel 2024, 08:47

Ermənistan ordusunun hərbi qulluqçusunun idarə etdiyi avtomobil çaya düşüb.

 

Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, hadisə ötən gün Zəngəzur (Sünik) bölgəsində baş verib.

 

Məlumata görə, saat 22:20 radələrində Sünik sakini Yura A. idarə etdiyi “Nissan” markalı avtomobillə Qafan şəhərində idarəetməni itirib və çaya düşüb.

 

 Hadisə yerinə polis əməkdaşları gəlib və cinayət işi açılıb.

 

Ölən şəxsin Ermənistan ordusunun "N" saylı hərbi hissənin müqaviləli əsgəri olduğu bildirilir.

 

Qeyd edək ki, ötən həftə baş verən qəza zamanı Ermənistan ordusunun 4 hərbçisi ölüb, 20-si yaralanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir