Modern.az

Keçmiş səfirə 15 il həbs cəzası kəsildi

Keçmiş səfirə 15 il həbs cəzası kəsildi

Dünya

15 Aprel 2024, 09:33

ABŞ-ın keçmiş səfiri Viktor Manuel Roça Mayami federal hakimi tərəfindən 15 il həbs cəzasına məhkum edilib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, eks-səfir onilliklər ərzində Kubada məxfi agent kimi ikili həyat sürürmüş.

Roçanın indi 73 yaşı var və çox güman ki, ömrünün qalan hissəsini dəmir barmaqlıqlar arxasında keçirəcək.

Roça ABŞ hökumətini aldatmaqda və Mayamidə qeyri-qanuni xarici agent kimi fəaliyyət göstərməkdə təqsirli bilinib. Bu iki cinayətə görə maksimum 5 və 10 il həbs cəzası nəzərdə tutulur.

Keçmiş səfir rəsmi olaraq casusluqda ittiham olunmasa da, yüksək rütbəli federal məmurlar onu ABŞ hökuməti üçün xarici casusluq tarixində ən pis cinayətkarlardan biri kimi təsvir ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…