Modern.az

İran-İsrail toqquşması: Hansı dövlət kimin tərəfini tutdu...

İran-İsrail toqquşması: Hansı dövlət kimin tərəfini tutdu...

Dünya

16 Aprel 2024, 09:01

Aprelin 14-nə keçən gecə İran İsrail ərazisinə 300-dən çox pilotsuz uçuş aparatı və raketlə hüvum edib. İran bunu aprelin 1-də Dəməşqdəki konsulluğuna edilən hücuma cavab olduğunu bildirib. İsrail buraxılan raket və PUA-ların 99%-dən çoxunun məhv edildiyini deyir. ABŞ tərəfindən 80-dən çox PUA və 6 raket vurulub.

 

Qərb mətbuatı yazır ki, İsrail İrana cavab verməyəcək. Ancaq İsrail ordusunun rəsmiləri yeri və zamanı gələndə İrana zərbələr endiriləcəyini deyir.

 

Qeyd edək ki, İsrail aprelin ilk günü Suriyanın paytaxtı Dəməşq şəhərinə aviazərbələr endirib. Hücum nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 7 hərbçisi ölüb. Tehran zərbə endirilən obyektin konsulluq binası olduğunu açıqlayıb. İsrailin "Ynet" portalının iddiasına görə, İsrail İranın Suriyadakı konsulluğuna hücumu inkar edir, hücuma məruz qalan binanın İran səfirliyinə aid olmadığını iddia edir. Həmçinin qeyd olunub ki, vurulan bina SEPAH-ın Qüds xüsusi təyinatlı qüvvələrinin istifadə etdiyi hərbi strukturdur. Tehran hücuma görə qisas alacağını bəyan etmişdi.

 

Modern.az-ın məlumatına görə, hücumdan sonra bəzi ölkələr İsraili dəstəklədiklərini və İranın hücumunu pislədiklərini, digərləri isə Qəzza zolağından qoşunların çıxarılmasının və gərginliyin azaldılmasının vacibliyini bəyan ediblər.

 

ABŞ Prezidenti Co Bayden "X" hesabında yazıb ki, Vaşinqton İsraili müdafiə etməyə sadiqdir: “İran və onun dəstəklədiyi qüvvələrdən gələn təhdidlərə qarşı İsrailin təhlükəsizliyinə dair öhdəliyimiz sarsılmazdır”.

 

BMT-nin baş katibi Antonio Quterreş Yaxın Şərqdə hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb: “Mən bütün tərəfləri Yaxın Şərqdə bir çox cəbhədə böyük hərbi qarşıdurmaya səbəb ola biləcək hər hansı hərəkətlərdən qaçmaq üçün maksimum təmkinli olmağa çağırıram. Mən dəfələrlə vurğulamışam ki, nə region, nə də dünya başqa bir müharibəyə tab gətirə bilməz”.

 

Kanadanın baş naziri Castin Trüdo İranın İsrailə qarşı hava hücumlarını və İran rejiminin regionda sülh və sabitliyə məhəl qoymamasını birmənalı şəkildə pisləyən bəyanat yayıb.

 

Almaniya kansleri Olaf Şolts İsrailə hücumu “əsassız və son dərəcə məsuliyyətsiz” adlandırıb: “İran regionda münaqişənin daha da genişlənməsi riskini daşıyır. Almaniya İsraili dəstəkləyir və biz vəziyyəti müttəfiqlərimizlə müzakirə edəcəyik”.

 

Hücum Fransa prezidenti Emmanuel Makron tərəfindən də pislənib. “İsrail xalqı ilə həmrəy olduğumu və Fransanın İsrailin, tərəfdaşlarımızın və regional sabitliyin təhlükəsizliyini təmin etmək öhdəliyinə sadiq olduğumu bildirirəm. Fransa öz tərəfdaşları ilə birlikdə gərginliyin azaldılması istiqamətində çalışır və təmkinli olmağa çağırır”, - deyə Fransa prezidenti "X"də yazıb .

 

1338883

Böyük Britaniyanın Baş naziri Rişi Sunak İranın İsrailə qarşı hücumunu pisləyib. O, "X" hesabında bildirib ki, İranın hücumu gərginliyi alovlandırmaq və regionda sabitliyi pozmaq riski daşıyır. “Böyük Britaniya İsrailin və bütün regional tərəfdaşların, o cümlədən İordaniya və İraqın təhlükəsizliyini müdafiə etməyə davam edəcək”, - baş nazir qeyd edib.

 

"Aİ İranın İsrailə qarşı qəbuledilməz hücumunu qətiyyətlə pisləyir. Bu, görünməmiş eskalasiya və regional təhlükəsizliyə ciddi təhdiddir", - deyə Avropa İttifaqının baş diplomatı Cozep Borrel özünün “X” hesanında yazıb.

 

Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, İran aprelin 1-də Dəməşqdəki səfirliyinə hücuma cavab olaraq zərbələr endirib və Rusiya bunu “qətiyyətlə pisləyib”. Bəyanatda deyilir ki, BMT Təhlükəsizlik Şurasının “Qərb üzvlərinin mövqeyinə görə” İsrailin hərəkətlərinə cavab vermək mümkün deyil. "Biz regionda növbəti təhlükəli eskalasiya ilə bağlı həddindən artıq narahatlığımızı bildiririk", - Rusiya diplomatik xidməti bildirib.

 

Azərbaycan və Ermənistan da tərəfləri təmkinli olmağa çağırıb. Türkiyə regionda vəziyyətin gərginləşməsindən narahatlıq ifadə edib.

 

Körfəz Əməkdaşlıq Şurası “bölgənin sabitliyini və xalqının təhlükəsizliyini təhdid edən” eskalasiyanın qarşısını almaq üçün Yaxın Şərqdə “maksimum təmkinli olmağa” çağırıb .

 

Pakistan Xarici İşlər Nazirliyi hücumların “diplomatiyanın uğursuzluğunun nəticələri” olduğunu bildirib: “Pakistan regionda hərbi əməliyyatların genişlənməsinin qarşısını almaq və Qəzza zolağında atəşkəs yaratmaq üçün beynəlxalq səylərin zəruriliyini vurğulayır”.

 

 

1338882

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel İranın İsrailə başlatdığı hücumu qətiyyətlə pisləyib: “Regional gərginliyin daha da artmasının qarşısını almaq üçün hər şey edilməlidir. Daha çox qan tökülməsinə yol verilməməlidir. Biz tərəfdaşlarımızla vəziyyəti yaxından izləməyə davam edəcəyik".

 

İspaniyanın Baş naziri Pedro SançezNiderlandın Baş Naziri Mark Rutte Yaxın Şərqdəki hadisələri dərin narahatlıqla izlədiklərini bildiriblər. Danimarka, Norveç və Çexiya da İranın hücumunu pisləyən ölkələrə qoşulub.

 

Kolumbiya Prezidenti Quastavo Petro III Dünya Müharibəsindən bəhs edib: ”Müharibələrin necə başlayacağını heç kim bilmir, kaş İsrail xalqı öz hökmdarının çılğınlığını dayandırmaq üçün kifayət qədər yüksəkdə olsaydı”. Argentina Prezidenti Xavier Miley isə İran İslam Respublikasının hücumlarından sonra İsrail Dövləti ilə həmrəyliyini və sarsılmaz öhdəliyini ifadə edib.

 

Paraqvay, Çili və Meksika da regionda gərginliyin artmasından naraharlıq ifadə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!