Modern.az

Kanada Avropa İttifaqının Ermənistandakı missiyasına qoşuldu

Kanada Avropa İttifaqının Ermənistandakı missiyasına qoşuldu

Dünya

15 Aprel 2024, 17:35

Ermənistanda fəaliyyət göstərən Avropa İttifaqının (Aİ) müşahidə missiyasının sıralarına Kanadanın nümayəndəsi də qoşulub.

Modern.az xəbər verir ki, bu, kanadalı ekspert Aleksandr Qruşevskidir. Məlumatı Aİ-nin müşahidə missiyası “X” sosial şəbəkəsində yayıb.

Beləliklə, Kanada Aİ-nin Ermənistandakı mülki missiyasına qoşulan ilk Avropa Birliyi üzvü olmayan ölkədir.

Xatırladaq ki, Aİ-nin missiyası 2023-cü il fevralın 20-dən 2 il müddətinə Ermənistanda yerləşib və ilkin olaraq 100 nəfərdən ibarət olub. 2023-cü ilin dekabrında Aİ missiyası 209 nəfərə çatdırılıb. Ermənistan hökuməti son iclasların birində Aİ-nin müşahidəçi statusunu təsdiqləyərək, bunu praktiki olaraq diplomatik statusa bərabərləşdirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir