Modern.az

Paris Olimpiadasında terror TƏHLÜKƏSİ

Paris Olimpiadasında terror TƏHLÜKƏSİ

Dünya

15 Aprel 2024, 18:27

Terror təhlükəsi yüksək hesab olunarsa “Paris -2024” Yay Olimpiya Oyunlarının açılış mərasiminin B və C variantları açıqlanıb.

 

Modern.az xəbər verir ki, “Paris-2024” yaxınlaşdıqca terror təhlükəsi məsələləri də müzakirə olunur. Əgər təhlükə yüksək hesab olunarsa Yay Olimpiya Oyunlarının açılış mərasimi yalnız Trokadero (Trocadero) meydanı ilə məhdudlaşa və ya “Stade de France” stadionunda keçirilə bilər.

 

“Paris-2024”ün açılış mərasimi ilə bağlı ilk açıqlamada onun Sena çayında yarım milyon tamaşaçının iştirakı ilə keçiriləcəyi bildirilirdi. Sonradan tamaşaçıların sayı 300 minə endirildi. Daha sonra terror təhlükəsi ilə bağlı başqa fərqli fikirlər də səsləndirildi.

 

Nəhayət, oyunların açılışı ilə bağlı B və C planları açıqlanıb. Ancaq açılış mərasiminin Sena çayında keçirilməsi fikri hələ də qüvvədə qalır.

 

“Paris-2024”ə az qalsa da, əhali arasında inamsızlıq və narahatlıq var. Aparılan sosial sorğuların nəticələrinə görə, fransızların yalnız 55 faizi Olimpiya və Paralimpiya Oyunları kimi beynəlxalq tədbirlərin təşkili üçün Fransaya etibar etdiklərini bildirir.

 

Qeyd edək ki, aprelin 8-nə planlaşdırılan açılış mərasiminin repetisiyası Sena çayındakı vəziyyətlə əlaqədar mayın 27-də keçirilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!