Modern.az

Ağ Ev İranı təkzib etdi: Bizə məlumat verməyib!

Ağ Ev İranı təkzib etdi: Bizə məlumat verməyib!

Dünya

16 Aprel 2024, 09:06

Ağ Ev bildirib ki, İran İsrailə və ya onun potensial hədəflərinə hücumla bağlı ABŞ-a xəbərdarlıq etməyib.

 

Modern.az xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Əlaqələri üzrə koordinatoru Con Kirbi ABŞ-ın İranla mesaj mübadiləsi apardığını bildirib.

 

“Lakin Tehran 13 apreldə İsrailə hücumun vaxtı və məqsədi barədə Vaşinqtona heç vaxt məlumat verməyib”, - deyə o, əmin edib.

 

Xatırladaq ki, İran tərəfi bundan əvvəl İsrailə hücumla bağlı ABŞ-a xəbərdarlıq etdiyini bildirmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!