Modern.az

ABŞ-da müttəfiqlərə yardım haqqında qanun layihəsi 4 hissəyə bölünəcək

ABŞ-da müttəfiqlərə yardım haqqında qanun layihəsi 4 hissəyə bölünəcək

Dünya

16 Aprel 2024, 09:35

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib ki, müttəfiqlərə yardım haqqında qanun layihəsi 4 hissəyə bölünəcək.

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, onun sözlərinə görə, Amerikanın Ukrayna, İsrail, Tayvana yardımı və ABŞ-ın milli təhlükəsizliyinə dair 4 ayrı qanun layihəsi olacaq.

 

Dördüncü sənəddə həmçinin Ukraynaya kreditlərin verilməsi, Rusiyanın aktivlərinin müsadirəsi, İrana qarşı sanksiyalar və ABŞ-da "TikTok" sosial şəbəkəsinə qadağa qoyulması kimi təkliflər yer alacaq.

 

Qanun layihələrinin həftənin sonuna kimi səsə qoyulacağı gözlənilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!