Modern.az

Hakan Fidan HAMAS ilə danışıqlarda iştirak edəcək

Hakan Fidan HAMAS ilə danışıqlarda iştirak edəcək

Dünya

16 Aprel 2024, 10:53

Aprelin 16-da Türkiyənin xarici işlər naziri Hakan Fidan HAMAS ilə danışıqlarda iştirak etmək üçün Qətərə səfər edəcək.

 

Modern.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, səfər çərçivəsində adı çəkilən ölkənin rəhbərliyi ilə müzakirələr də nəzərdə tutulub.

 

Səfərin əsas məqsədi rəsmi Ankaranın İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasının Qəzza sektoru üzrə kontakt qrupunun fəaliyyətinin bərpasından ibarətdir.

 

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə ötən günki telefon söhbətində Fələstin böhranının nizamlanması üçün səyləri artırmağın vacibliyini vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!