Modern.az

Yaponiya əhalisi 13 ildir azalır...

Yaponiya əhalisi 13 ildir azalır...

Dünya

16 Aprel 2024, 11:16

2023-cü ildə Yaponiya əhalisi əvvəlki ilə nisbətən 595 min nəfər azalaraq 124 milyon 352 min nəfərə düşüb.

 

Modern.az xəbər verir ki, Yaponiya Daxili İşlər və Rabitə Nazirliyinin dərc etdiyi məlumatlara görə, Yaponiya əhalisi son 13 ildə ardıcıl olaraq azalır.

 

Ölkə daxilində yaşayan əcnəbilər nəzərə alınmasa, Yaponiya əhalisi əvvəlki ilə nisbətən 837 min azalaraq 121 milyon 193 min nəfərə çatıb. 1950-ci ildən sonra qeydə alınan məlumatlara görə, bu, ən böyük azalma sayılır.

 

Yaşı 65-dən yuxarı olan əhalinin sayı 36 milyon 227 min nəfərə, 75 yaşdan yuxarı olanların sayı 20 milyona yüksəldiyi halda, 0-14 yaş arası əhalinin sayı azalaraq 14 milyon 173 min nəfərə çatıb. 65 yaşdan yuxarı seqment 29,1 faiz, 75 yaşdan yuxarı seqment 16,1, 0-14 yaş arası seqment 11,4 faiz olaraq qeyd edilib.

 

Əmək qabiliyyətli yaşda hesab edilən 15-64 yaşlı əhali isə əvvəlki ilə nisbətən 256 min nəfər azalaraq 73 milyon 952 min nəfər hesablanıb. Yaponiyanı təşkil edən 47 inzibati rayon arasında əhalisi 0,34 faizlə artan yeganə bölgə paytaxt Tokio olub. Ən çox azalma Tohoku bölgəsinin şimal-şərqindəki Aomori, İvate və Yamaqata prefekturalarında baş verib.

 

Ölkədə yaşayan əcnəbi əhalinin sayı 243 min nəfər artaraq 3,16 milyon nəfərə çatıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!