Modern.az

"ABŞ və müttəfiqlərinin İranın İsrailə zərbələrinə reaksiyası Ukraynanı qıcıqlandırır"

Dünya

16 Aprel 2024, 11:32

ABŞ və müttəfiqlərinin İranın İsrailə zərbələrinə tez və effektiv cavab verməsi ukraynalılarda paxıllıq və qıcıq yaradır.

 

Modern.az xəbər verir ki, bunu "The Wall Street Journal" nəşri yazıb.

 

Materialda deyilir ki, ukraynalılar dünyadan Rusiyanın hücumlarından daha çox müdafiə tələb edir, çünki zərbələr endirilir və ABŞ-ın həyati əhəmiyyətli yardımı Konqresdə dalana dirənib.

 

WSJ qeyd edir ki, Ukrayna indi təcili olaraq Amerika istehsalı olan "Patriot" raket batareyaları kimi hava hücumundan müdafiə sistemlərinə ehtiyac duyur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!