Modern.az

Avropa Komissiyası Ukraynaya 50 milyard avro ayıracaq

Avropa Komissiyası Ukraynaya 50 milyard avro ayıracaq

Dünya

16 Aprel 2024, 12:57

Avropa Komissiyası Ukraynanın 69 islahat və 10 investisiya proqramından ibarət planına müsbət rəy verib.

 

Modern.az-ın məlumatına görə, bu barədə qərar qurumun rəsmi saytında dərc olunub.

 

Bildirilib ki, bu, adı çəkilən ölkəyə davamlı dəstəyin vacib elementlərindən biridir.

 

Avrokomissiyanın yaydığı xəbərdə o da qeyd olunur ki, irəli sürülən şərtlər yerinə yetirilərsə, Ukrayna hökuməti 2024-2027-ci illərdə 50 milyard dollarıq dəstək paketi ilə əhatə olunacaq.

 

Hakimiyyətin göstərilən müddətdə həyata keçirəcəyi islahatlar energetika, kənd təsərrüfatı, nəqliyyat, yaşıl və rəqəmsal keçid, insan kapitalı, dövlət müəssisələri, biznes mühiti, hökumətin investisiya proqramları və təmərküzləşmə kimi sahələri əhatə etməlidir.

 

Əsas hədəf isə ölkənin makroiqtisadi və maliyyə dayanıqlığının təminatı, idarəetmə sisteminin təkmilləşdirilməsi, Prezident Administrasiyasının fəaliyyətinin və dövlət nəzarətinin effektivliyini gücləndirmək, məhkəmə sistemində ədalətin təminatı, özəl sektorun inkişafı və iqtisadi artıma imkan verəcək biznes mühitinin yaradılmasından ibarətdir.

 

Daha çox Ukraynanın bərpası və Avropa İttifaqının maliyyə maraqlarının qorunmasına yönələn bu addımların Ukraynanın Avrozonaya gedən yolunu daha da qısaldacağı ehtimal edilir.

 

Sənədi digər ölkələrin təsdiqləməsinə bir aya yaxın vaxt tələb olunur. Bundan sonra Avropa Komissiyası 1,89 milyard dollarlıq ilk yardımı Ukrayna hökumətinin hesabına köçürəcək. Nəzərdə tutulan 50 milyard avronun 33 milyardı kredit, 17 milyard avrosu isə qrant şəklində ödəniləcək.

 

Qeyd edək ki, Zelenski hökuməti yuxarıda göstərilən məbləğin 4,5 milyardını əldə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!