Modern.az

Diplomatlar daxili siyasətə qarışır - Gürcü spiker

Diplomatlar daxili siyasətə qarışır - Gürcü spiker

Dünya

16 Aprel 2024, 15:25

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili diplomatik korpusu ölkənin daxili siyasi müzakirələrinə həddindən artıq təsir göstərməkdə ittiham edib.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, spiker bunu yanlış sayır.

 

“Əsas sürpriz odur ki, biz qapalı qapılar arxasında hansısa məsələlərdən danışırıq, istər qanun layihəsi olsun, istərsə də müzakirələr zamanı əks arqumentlər eşitmirik, bəzən bəzi məsələlərdə razılıq yaranır, ictimai şərh zamanı mövqelər səslənir, bu, əlbəttə ki, yanlışdır”, - o  bildirib.

 

Bir gün əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ, Aİ və Böyük Britaniya səfirləri ilə “xarici agentlər” haqqında qanun layihəsini müzakirə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!