Modern.az

Niderland Rumıniyaya daha üç F-16 göndərəcək

Niderland Rumıniyaya daha üç F-16 göndərəcək

Dünya

16 Aprel 2024, 17:04

Niderland Kral Hərbi Hava Qüvvələrinə məxsus daha üç F-16 təyyarəsi Rumıniyadakı Avropa pilot təlim mərkəzinə göndəriləcək.

 

Modern.az xəbər verir ki, Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidməti tərəfindən yayılan məlumata görə, milli müdafiə naziri Angel Tilvar bu münasibətlə aprelin 17-də Borça şəhərində yerləşən “Leytenant Aviator Gheorghe Mociornita” hərbi hava bazasında Niderland hərbi idarəsinin rəisi Kaysa Ollonqren ilə görüşəcək.

 

Qeyd edək ki, Avropa F-16 Pilot Təlim Mərkəzinin rəsmi açılışı ötən il olub. Mərkəz Rumıniya və Niderland hərbi idarələrinin “Lockheed Martin” şirkəti ilə tərəfdaşlığı, beynəlxalq F-16 koalisiyasının koordinatorları olan Danimarka və Niderlandın dəstəyi ilə yaradılıb.

 

Əməkdaşlıq müqaviləsi çərçivəsində Rumıniya layihəyə müvafiq infrastruktur, Niderland Kral Hərbi Hava Qüvvələri F-16 təyyarələri, “Lockheed Martin” isə təlimçilər və texniki vasitələr ilə dəstək verəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!