Modern.az

Ukrayna üçün 1 milyarddan çox YARDIM

Ukrayna üçün 1 milyarddan çox YARDIM

Dünya

17 Aprel 2024, 00:44

Kanada hakimiyyəti 2024-cü ildə Beynəlxalq Valyuta Fondu (BVF) vasitəsilə Ukraynaya 2,4 milyard Kanada dolları (1,74 milyard ABŞ dolları) məbləğində kredit vermək niyyətindədir.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin dərc etdiyi növbəti maliyyə ili üçün büdcə layihəsində deyilir.

 

“2024-cü ilin büdcəsində Kanadanın Ukraynaya 2,4 milyard dollar kredit vermək niyyəti var və bunun 2 milyard dolları artıq martın 20-də BVF-nin idarə etdiyi hesab vasitəsilə Ukraynaya köçürülüb”, - deyə sənəddə qeyd edilir.

 

Layihədə, həmçinin nəzərdə tutulub ki, Kanada beş il ərzində Ukraynaya 1,16 milyard dollar dəyərində hərbi yardım köçürəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!