Modern.az

Gürcüstanda polis aksiyaya müdaxilə etdi - Yaralılar var

Gürcüstanda polis aksiyaya müdaxilə etdi - Yaralılar var

Dünya

17 Aprel 2024, 00:58

Gürcüstan polisi parlamentin qarşısındakı aksiyaya müdaxilə edib.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

 

Məlumata görə, müxalifətçilər İrakli Kupradze və “Lelo” partiyasının baş katibi Zurab Caparidze müdaxilə zamanı xəsarət alıblar.

 

Gürcüstan Daxili İşlər Nazirliyi etiraz aksiyasını dağıtarkən bir polisin yaralandığını bildirib.

 

Parlamentin yaxınlığında həbslər başlayıb.

 

Qeyd edək ki, Gürcüstan parlamenti yaxınlığında “xarici agentlər haqqında qanun”a etiraz olaraq aksiya keçirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!