Modern.az

Almaniyada Rusiya casusu olduğu ehtimal olunan 2 şəxs həbs edilib

Almaniyada Rusiya casusu olduğu ehtimal olunan 2 şəxs həbs edilib

18 Aprel 2024, 11:43

Almaniyanın Bavariya bölgəsində Rusiya agentləri qismində şübhəli bilinən 2 nəfər həbs edilib.

 

Modern.az xəbər verir ki, bu barədə “Der Spiegel” yazıb.

 

Federal Baş Prokuror Yens Rommel bu səhər Rusiyaya casusluqda şübhəli bilinən iki nəfərin həbsi ilə bağlı qərar verib. Onların Almaniyadakı Amerika hərbi bazaları haqqında məlumat əldə etməyə çalışdıqları, həmçinin ölkədəki hərbi nəqliyyat marşrutlarına hücumlar hazırladıqları ehtimal edilir.

 

Əsas təqsirləndirilən şəxs 39 yaşlı alman əsilli rusiyalı Dieter S. Rusiya kəşfiyyat xidmətləri ilə əməkdaşlıqda, təxribat məqsədilə gizli fəaliyyətdə və hərbi obyektlərin təhlükəsizliyinə təhdid yaratmaqda ittiham olunur. Məlumata görə, o, 2023-cü ilin oktyabrından Almaniyada təxribat planları hazırladığı Rusiya xüsusi xidmət orqanlarından birinin əməkdaşı ilə əlaqə saxlayıb.

 

Federal Prokurorluğun məlumatına görə, Dieter S. Almaniyada partlayışlar və hərbi infrastruktur və sənaye obyektlərinin yandırılması işini yerinə yetirməyə razılıq verib. O, artıq buna hazırlaşırmış və potensial hədəflər, o cümlədən ABŞ hərbi obyektləri haqqında məlumat toplayırmış.

 

İkinci müttəhim də alman əsilli rusdur, 37 yaşlı Aleksandr J. Baş Prokurorluq onu həm də Rusiya xüsusi xidmət orqanlarının agenti kimi fəaliyyət göstərməkdə ittiham edir. Onun Dieter S. ilə əlaqə saxladığı iddia edilir: ən azı 2024-cü ilin martından. Onların hər ikisi Bavariyanın Bayreuf şəhərində yaşayırdılar.

 

Müstəntiqlərin fikrincə, şübhəlilər Almaniyadan Ukraynaya hərbi yardımın çatdırılmasına müdaxilə etməyi planlaşdırıblar.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir