Modern.az

Gürcüstan müxalifətindən birgə BƏYANAT: Fəaliyyətimizi koordinasiya edəcəyik!

Gürcüstan müxalifətindən birgə BƏYANAT: Fəaliyyətimizi koordinasiya edəcəyik!

19 Aprel 2024, 11:24

Gürcüstanın altı müxalifət partiyası “xarici agentlər” qanununa etiraz olaraq fəaliyyətin tam koordinasiyasını elan ediblər.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, partiyalar bununla bağlı birgə bəyanat yayıblar.

 

“Biz Gürcüstanın demokratik, qərbyönlü siyasi partiyaları, bu mübarizədə birgə səylərin vacibliyini dərk edirik və qanunun ikinci oxunuşunda xalqımızla birlikdə hər şeyi etmək üçün tam koordinasiya və səfərbərliyi elan edirik. Gürcüstan xalqı ölkəmizin Avropa və Avro-Atlantik gələcəyinin əsas qarantı olub, olacaq və bu seçimə qarşı hər hansı cəhd qaçılmaz iflasa məhkumdur”, - bəyanatda deyilir.

 

Bəyanatı imzalayan partiyalar “Vahid Milli Hərəkat”; "Axali"; “Girçi – daha çox azadlıq”; "Droa"; “Lelo – Gürcüstan üçün” və “Aqmaşenebeli Strategiyası” partiyalarıdır.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir