Modern.az

Tailandın xarici işlər naziri istefa verdi

Tailandın xarici işlər naziri istefa verdi

28 Aprel 2024, 16:57

Tailandın xarici işlər naziri Panpri Phitthanukon hökumətdəki dəyişikliklər fonunda istefa verib.

 

Modern.az “Nation” qəzetinə istinadən xəbər verir ki, Phitthanukonun sözlərinə görə, onun istefa qərarı hökumətin kadr dəyişikliyi ilə bağlı deyil.

 

“Hesab edirəm ki, baş nazirin müavini vəzifəsindən uzaqlaşdırılmağımın heç bir nailiyyətimin olmaması ilə əlaqəsi yoxdur. Ümid edirəm ki, Nazirlər Kabinetində bu dəyişikliklər ölkənin idarəçiliyini təkmilləşdirməyə, milli maraqların qorunmasında səmərəliliyi və şəffaflığı artırmağa kömək edəcək, mənə bu hökumətlə işləmək imkanı verdiyinə görə Baş nazirə təşəkkür etmək istərdim”, - istefa ərizəsində deyilir.

 

O, 2023-cü il sentyabrın 2-dən Tailand Xarici İşlər Nazirliyinə rəhbərlik edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var