Modern.az

Sərhəddə Ermənistan Müdafiə Nazirliyinin postları olmayacaq

Sərhəddə Ermənistan Müdafiə Nazirliyinin postları olmayacaq

Dünya

2 May 2024, 07:48

Azərbaycanla razılaşmaya əsasən, delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək. 

 

Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.

 

O, sərhəddə Müdafiə Nazirliyinin postlarının olmayacağını vurğulayıb.

 

“Azərbaycanla razılaşmaya əsasən, sərhəd qoşunları delimitasiya olunmuş ərazilərə yerləşdiriləcək. Çünki sərhədlərdə təhlükəsizliyi təmin etmək onların mandatıdır. Yəni, sərhəddə Müdafiə Nazirliyinin postları olmayacaq”, - deyə Paşinyan qeyd edib 

 

Baş nazir vurğulayıb ki, Azərbaycanla bağlı demarkasiya prosesi mümkün qədər tez aparılmalıdır: "Niyə? Demarkasiya edilmədiyindən münaqişə üçün müəyyən şəraitin ola biləcəyini başa düşmək olar, buna görə də vəziyyəti maksimum idarə etmək üçün münaqişə potensialı ən çox olan yerlərdən başlayırıq".

 

Xatırladaq ki, Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb. Hər iki dövlətin ekspert qruplarının işi davam edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi