Modern.az

Yol çökməsində ölənlərin sayı 36-ya çatdı

Yol çökməsində ölənlərin sayı 36-ya çatdı

Dünya

2 May 2024, 08:42

Çinin cənubundakı Quandon əyalətində magistral yolun bir hissəsinin çökməsi nəticəsində ölənlərin sayı 36-ya çatıb.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə nəticəsində yoldan çıxaraq aşan və dağıntı altında qalan avtomobillərin axtarış işləri başa çatıb. Hadisədə xəsarət alan 30 nəfər tibb ocaqlarında müalicə alır.

 

Qeyd edək ki, hadisə mayın 1-də səhər erkən saatlarda Meycou-Dabu avtomagistralında baş verib. Çökmə nəticəsində 23 avtomobil yoldan çıxaraq aşıb. Yolun dağılmış hissəsinin uzunluğu 18 metrə, sahəsi isə 184 kvadratmetrə yaxındır. Yerli hakimiyyət orqanları magistralın çökməsinə ötən həftə Quanqdon əyalətində yağan güclü yağışın səbəb ola biləcəyini ehtimal edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi