Modern.az

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ilin ən yaxşısı seçildi

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ilin ən yaxşısı seçildi

İdman

7 May 2024, 17:00

ABŞ-da 2023-cü ilin ən yaxşı sərbəst güləşçilərinin adları açıqlanıb.

 

Modern.az xəbər verir ki, ABŞ Güləş Federasiyasının tərtib etdiyi siyahıda ilk pilləni Azərbaycanın veteran güləşçisi Vüqar Orucovun oğlu Vitali Orucov (61 kiloqram) tutub. Həmyerlimiz ilk dəfə bu titula layiq görülüb.

 

O, daha əvvəl ABŞ-ın ikiqat olimpiya və dördqat dünya çempionu Con Smitin adına daşıyan mükafata sahib çıxıb.

 

Qeyd edək ki, ötən il dünya çempionatında debüt edən V. Orucov qızıl medal qazanıb. O, həmçinin Panamerika və ABŞ Açıq çempionatlarının qalibi olub. Azərbaycanlı güləşçi zədə səbəbindən “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışlarda iştirak edə bilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi