Ukraynanın Mərkəzi Seçki Komissiyasının rəhbəri Mixail Oxendovskiy prezident seçkilərinin ikinci turuna ehtiyac olmadığını bəyan edib. Modern.az xarici KİV-ə istinadən xəbər verir kiŞ MSK rəhbəri keçirdiyi mətbuat konfransında bildirib ki, birinci turdakı nəticələrdən artıq hər şey bəllidir.
“Artıq əsas nəticəni çıxarmaq olar. Təkrar səsverməyə ehtiyac yoxdur”,-deyı M. Oxendovskiy bildirib. Qeyd edək ki, rəsmi açıqlamalarda may ayının 25-də keçirilən prezident seçkilərinin qalibinin oliqarx Pyotr Proşenko olduğu qeyd olunur.