Rusiya prezidenti Vladimir Putin 10 illik fasilədən sonra ilk dəfə rəsmi olaraq Misirə səfər edib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Qahirədə aparılan danışıqların nəticəsi olaraq hərbi və iqtisadi sahədə bir çox razılaşmaya imza atılıb. Putin Misir mediasına verdiyi müsahibədə, Ukraynada baş verən müharibəyə görə Qərbi sərt şəkildə tənqid edib. Ukraynanın şərqindəki böhranı Rusiyanın qızışdırması haqqında iddiaları rədd edən Vladimir Putin ABŞ və Avropanı günahlandırıb.
Şahin Qocayev