Modern.az

İraqı təcili tərk edin - Türkiyə XİN

  İraqı təcili tərk edin  - Türkiyə XİN

Dünya

9 Dekabr 2015, 23:14

 

İraqda son dövrlərdə Türkiyə vətəndaşlarına  qarşı zorakılıq, terror, insan oğurluğu faktlarının daha da artması Ankaranı öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görməyə məcbur edir. Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İraqı təcili tərk etməyə çağırıb.

Nazirlik İraqda olmasına xüsusi zərurət olmayan vətəndaşlara təhlükəsizlik məqsədi ilə ölkə ərazisini tərk etmələri israrla tövsiyə edib: “Ölkədəki təhlükəsizlik hər an daha ciddi təhdid altında düşməkdədir. İraq Kürd Bölgə Yönətimindən başqa  Bəsrə, Muthanna, Dhikar, Meysan, Nəcəf, Khadisiye, Vasit, Babil, Divaniyə, Ənbər, Bakuba, Selahaddin, Ninova, Kərkük vilayətlərindəki Türkiyə şirkətlərində çalışan vətəndaşlar qələbəlik yerlərə getməməli, təhlükəsizlikləri üçün bir yerə toplanmalı, Bağdad Səfirliyi ilə davamlı təmasda olmalı, xüsusi ehtiyac olmadan ölkə içərisində məkan dəyişdirməməli, toplu halda İraqı tərk etməlidirlər”.

Sənəddə Türkiyənin Bağdad Səfirliyinin və Ərbil konsulluğunun vətəndaşların vətənə dönəməsinə dəstək verəcəyi, qaynaq xətt telefonlarının 24 saat açıq olduğu bildirilir.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - Zelenskini Sui-qəst hazırlayan 2 ukraynalı polkovnik saxlandı