İtaliya Alplarında qar uçqunu nəticəsində həlak olanların sayı 6 nəfərə çatıb. Modern.az saytı xəbər verir ki, bu barədə Frans Press agentliyi məlumat yayıb.
Xilasetmə xidməti nümayəndəsinin sözlərinə görə, bu, yekun nəticə deyil, axtarış-xilasetmə əməliyyatı hələ davam edir. İnsident Avstriya ilə sərhəddəki Valle-Aurina italyan kommunasında baş verib. Şneebige Nok dağının zirvəsinə qalxan xizəkçilər 3 min metr yüksəklikdə qar uçqununun altında qalıblar.
Bir müddət əvvəl iki nəfərin öldüyü və səkkiz nəfərin itkin düşdüyü barədə məlumat yayılmışdı.
Modern.az