Bakı şəhəri, Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzində ümumi sahəsi 1200 m²olan 1 korpusun dam örtüyü 45 m², sahibləri məlum olmayan ümumi sahəsi 40 m² olan 4 ədəd geyim mağazasının yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.
Bu barədə Modern.az-a FHN-dən məlumat verilib. Yüksək temperaturdan ümumi sahəsi 39 m olan 3 ədəd mağazanın lambirdən ibarət tavanı əriyib.
Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Modern.az