Modern.az

Azərbaycanlı gənc Rusiyada faciəvi şəkildə öldü - FOTO

Azərbaycanlı gənc Rusiyada faciəvi şəkildə öldü - FOTO

Hadisə

15 Avqust 2019, 11:00

Rusiyada azərbaycanlı gənc faciəli şəkildə həlak olub.

Modern.az xəbər verir ki, Həzrət Hüseynov Rusiya Ordusunda hərbi xidmət keçirmiş. Orduda “Ural” markalı avtomobilin sürücüsü olan azərbaycanlı dostuna yardım edərkən yük maşının altında qalıb. 

Həzrət Hüseynov aldığı xəsarətlər nəticəsində yerindəcə keçinib. Mərhumun dostu İbrahim Quliyevin sözlərinə görə Həzrət Hüseynovun vətənində ya yaşadığı Sankt-Peterburq şəhərində dəfn ediləcəyi hələ müəyyənləşməyib. O, ölüm faktı ilə bağlı ekspertizanın keçirildiyini deyib və yalnız bundan sonra cəsədi təhvil alacaqlarını sözlərinə əlavə edib.

Hüseynov Həzrət Rafiq oğlu 1998-ci il martın 26-da Azərbaycanın Xaçmaz rayonunda anadan olub. O qaydasız döyüş üzrə idman ustası idi.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?