Modern.az

Daha bir rayonda əməliyyat keçirildi - İcra başçısı və digər vəzifəli şəxslər saxlanıldı

Daha bir rayonda əməliyyat keçirildi - İcra başçısı və digər vəzifəli şəxslər saxlanıldı

Hadisə

26 Aprel 2021, 12:09

Şəmkir rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib.

 

Modern.az-ın Unikal.org-a istinadən məlumatına görə, əməliyyat nəticəsində icra başçısının birinci müavini, hazırki təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və mənzil-kommunal istismar idarəsinin rəisi Teymur Hacıyev saxlanılıb.

 

Bundan başqa, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun da saxlanıldığı bildirilir.

 

Əlavə məlumat veriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü