Modern.az

Bakıda 2 nəfər özünü binadan atdı

Bakıda 2 nəfər özünü binadan atdı

Hadisə

30 Aprel 2024, 09:16

Bakıda iki intihar hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisələrdən biri Nərimanov rayonu F.X.Xoyski küçəsində qeydə alınıb.

 

Belə ki, sözügedən küçədəki 16 mərtəbəli binada yaşayan 1987-ci il təvəllüdlü Baba Mahmudov özünü 11-ci mərtəbədən atıb. Özünü yaşadığı mənzilin mətbəxindən atan 37 yaşlı kişi hadisə yerində ölüb.

 

Oxşar hadisə Nizami rayonu Q.Qarayev prospektində də baş verib. 1967-ci il təvəllüdlü Leyli Babakişiyeva özünü yaşadığı binanın 8-ci mərtəbəsindəki mənzildən atıb. O, hadisə yerində dünyasını dəyişib.

 

Hər iki hadisə ilə bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ