Modern.az

Salyanda ağır qəza - 12 nəfər yaralandı

Salyanda ağır qəza - 12 nəfər yaralandı

Hadisə

30 Mart 2024, 00:29

Salyan rayonunda yol nəqliyyat hadisəsi baş verib, mikroavtobus və minivan tipli nəqliyyat vasitələrinin toqquşması nəticəsində xəsarət alanlar olub.

 

Modern.az xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun Babazanlı qəsəbəsi ərazisində qeydə alınıb.

 

"Ford” markalı mikroavtobus və “Mercedes Vito” markalı nəqliyyat vasitəsi toqquşub. Qəza zamanı xəsarət alanlar - Qafarov Elnur, Səmədov Samid, Eldarov Davud və Həsənov Cəmil Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Ələt-Astara avtomobil yolunun Babazanlı qəsəbəsi ərazisində qeydə alınan qəza zamanı xəsarət alan digər səkkiz nəfər - Cəbiyev İntiqam, Gözəlov Adıgözəl, Əliyev Zamiq, Əliyev Cənnətalı, İbrahimov Cavad, Həsənov Şəfayət, Rəhmanov İbrahim, İsmayılov İsmayıl adlı şəxslərdir.

 

Faktla bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?