Modern.az

9 aylıq uşaq nəfəs çatışmazlığından ÖLDÜ

9 aylıq uşaq nəfəs çatışmazlığından ÖLDÜ

Hadisə

30 Mart 2024, 10:11

Şirvanda 9 aylıq uşaq nəfəs çatışmazlığından ölüb.

 

Modern.az xəbər verir ki, Şirvan sakini, 2023-cü il təvəllüdlü (25.06.2023) Rzayeva Səma Hacıbala qızı nəfəs çatışmazlığı səbəbindən xəstəxanaya gətirilərkən yolda ölüb. Bundan əvvəl uşağın qızılca xəstəliyi keçirdiyi deyilir.

 

Uşağın boğulmasına səbəb kimi onun qida borusuna yad cismin düşdüyü və ya pnevmaniyanın yaratdığı bəlğəmdən boğulduğu ehtimal olunur.

 

Uşağın meyiti hazırda müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.

 

Faktla bağlı Şirvan Prokurorluğunda araşdırma aparılır. (Apa)

Whatsapp
Bizə yazın!
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?