Modern.az

8 otaqlı evdə yanğın - 15 yaşlı yeniyetmə ÖLDÜ

8 otaqlı evdə yanğın - 15 yaşlı yeniyetmə ÖLDÜ

Hadisə

1 Aprel 2024, 12:40

Bərdədə fərdi yaşayış evində yanğın olub.

 

 

Modern.az xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb. Mirzəyev Elmir Əsgər oğluna məxsus iki mərtəbəli, 8 otaqlı fərdi yaşayış evində yanğın baş verib.

 

Əraziyə dərhal FHN-nin Bərdə yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının qarşısı alınıb, alov söndürülüb.

 

Hadisə nəticəsində biri azyaşlı olmaqla iki nəfər xilas olunaraq təhvil verilib.

 

2009-cu il təvəllüdlü Həsənzadə Rafael Rauf oğlu Bərdə xəstəxanasında dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. (APA)

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək