Modern.az

Bir ildə 49 qadın ailə-məişət davalarında ÖLDÜRÜLÜB

Bir ildə 49 qadın ailə-məişət davalarında ÖLDÜRÜLÜB

Hadisə

9 May 2024, 13:40

2023-cü ildə qeydə alınmış məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində 1513 nəfər zərər çəkib.

 

Bu, bütün cinayətlər nəticəsində ümumi zərərçəkənlərin (24287 nəfər) 6,2 faizini təşkil edir.

 

Modern.az xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin Daxili İşlər Nazirliyinin hesabatı əsasında hazırladığı statistikada qeyd olunub.

 

Rəsmi məlumata görə, Azərbaycanda məişət zorakılığı nəticəsində zərərçəkənlərin sayı artıb. Bu artım 2022-ci illə müqayisədə 2,6 faiz təşkil edib.

 

Məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində çərərçəkənlərin 80,9 faizi qadınlar, 0,7 faizi isə yetkinlik yaşına çatmayanlar olub.

 

Əvvəlki illə müqayisədə bu cinayətlər nəticəsində ölənlərin sayı 8,8 faiz artaraq 74 nəfər (onlardan 49-u qadınlar) olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rəisinin öldüyü qəzada daha 8 nəfər həlak olub