Modern.az

Regionlarda yaşayan 4200 aztəminatlı ailəyə sovqat göndərildi - FOTOLAR

Regionlarda yaşayan 4200 aztəminatlı ailəyə sovqat göndərildi - FOTOLAR

10 May 2024, 11:58

Mayın 10-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən (AHİK) müasir müstəqil Azərbaycanın banisi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə respublikanın regionlarında yaşayan 4200 aztəminatlı ailə, o cümlədən şəhid və qazi ailələri üçün ərzaqla yüklənmiş avtomobil karvanı yola salınıb.

 

Modern.az xəbər verir ki, bundan başqa, Naxçıvan Muxtar Respublikasında yaşayan həmin kateqoriyadan olan 1250 ailəyə də bayram sovqatları verilir.

 

Sahə həmkarlar ittifaqları və onların yerli təşkilatları da bu ərəfədə bütün bölgələr üzrə qeyd etdiyimiz kateqoriyadan olan ailələrə ərzaq yardımları göstərirlər.

 

Yola salınma mərasimində iştirak edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev jurnalistlərə bildirib ki, həmkarlar ittifaqları hər zaman həssas əhali qruplarına qayğı ilə yanaşır, bütün bayramlarda, dövlətimiz üçün digər əlamətdar günlərdə onların sosial ehtiyaclarının ödənilməsi üçün müxtəlif tədbirlər həyata keçirir, o cümlədən sovqatlar,  hədiyyələr verir: “Bu, dövlətimizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi sosial siyasətə bilavasitə dəstək xarakteri daşıyır. Bu gün Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 101 ili tamam olur. Bu münasibətlə ölkəmizin hər yerində tədbirlər keçirilir. Ötən il isə Ulu Öndərimizin 100 illiyi böyük təmtəraqla xalqımız və dövlətimiz tərəfindən yüksək səviyyədə qeyd olundu. Eləcə də dünyanın müxtəlif ölkələrində bu münasibətlə silsilə tədbirlər keçirildi. Dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdarıq ki, 2023-cü ili “Heydər Əliyev İli” elan etdi. Çünki Ulu Öndərimizin ideyaları, siyasi irsi daim yaşamalıdır, təbliğ olunmalıdır. Hər kəs, o cümlədən də gələcək nəsil bilməlidir ki, bugünkü qüdrətli Azərbaycan Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin üzərində bərqərar olub. AHİK və üzv təşkilatları da “Heydər Əliyev İli” ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirdi. Bütün ilboyu davam edən tədbirlərimiz həmkarlar ittifaqlarının mövcud olduğu bütün idarə, təşkilat və müəssisələrdə baş tutdu”.

 

Səttar Möhbalıyev qeyd edib ki, Ulu Öndərin doğum günü həm dövlətimiz, həm də xalqımız üçün əlamətdar bir gündür: “Çünki o, Azərbaycan yolunda bütün ömrünü xərcləyib. Onun xalqımızın və dövlətimizin həyatında gördüyü işlərə baxanda bir daha əmin oluruq ki, Heydər Əliyev bizim sərvətimizdir, qismətimizə düşmüş ALLAH payıdır. Biz Heydər Əliyevin böyüklüyünü və əzəmətini zaman keçdikcə daha dərindən dərk edir, dahi şəxsiyyətin ömrünü Vətənə və xalqa sədaqətli xidmət missiyası kimi dəyərləndiririk. Odur ki, belə əziz bir gündə istədik ki, Ulu Öndərimizin bizə miras qalan qiymətli və müqəddəs tövsiyələrinə sadiq qalaraq şəhidlərimizin ailə üzvlərini, qazilərimizi bir daha yad edək, onlara maddi-mənəvi dəstək olaq. Bu, hər birimiz üçün ali missiyadır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ