Modern.az

“Qarabağ” - “Qalatasaray” oyununu “Haber Global” canlı yayımlayacaq

“Qarabağ” - “Qalatasaray” oyununu “Haber Global” canlı yayımlayacaq

23 Mart 2023, 13:17

“Qarabağ”la Türkiyənin “Qalatasaray” klubu arasında keçiriləcək xeyriyyə oyununu Türkiyənin “Haber Global” televiziya kanalı canlı yayımlayacaq.

 

Modern.az-ın məlumatına görə, futbol azarkeşləri həmin kanal vasitəsilə martın 26-da baş tutacaq qarşılaşmanı izləyə biləcəklər.

 

Bakı Olimpiya Stadionunda təşkil olunacaq görüş saat 20:00-da start götürəcək.

 

Qeyd edək ki, “Qarabağ” – “Qalatasaray” matçının bilet satışından əldə ediləcək gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi