Rusiyada UFC ağır çəkidə müvəqqəti çempionluq kəmərinə namizəd olmuş Sergey Pavloviç ayı ilə döyüşmək planlarından danışıb.
Modern.az xəbər verir ki, idmançı jurnalistlərə açıqlamasında indiyədək ayı ilə qarşılaşmadığını, lakin gələcəkdə belə bir təcrübə yaşamaq istədiyini bildirib.
Vəhşi heyvanın belə döyüşdə qalib gəlmək şansının olub-olmadığı barədə suala cavab verən Pavloviç şansları 50/50 qiymətləndirib.
Hazırda 34 yaşı olan rusiyalı döyüşçü peşəkar MMA karyerasına 2014-cü ildə başlayıb. Onun aktivində 21 qələbə (16-sı nokautla) və 3 məğlubiyyət var. Pavloviç UFC-nin ağır çəkidə müvəqqəti çempionluq kəməri uğrunda mübarizə aparıb, həmçinin Fight Nights Global turnirinin 120 kq-dək çəki dərəcəsində keçmiş çempionudur.