Modern.az

Azərbaycan badmintonçusu 1/4 finalda

Azərbaycan badmintonçusu 1/4 finalda

11 Aprel 2024, 20:26

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Almaniyanın Saarbrükken şəhərində keçirilən Avropa çempionatında 1/4 finala yüksəlib.

 

Modern.az xəbər verir ki, kişilərin şəxsi yarışındakı ilk görüşündə Bolqarıstan təmsilçisi Dimitar Yanakievi 2:0 (21:10,21:18) hesabı ilə məğlub edən idmançı 1/8 finala yüksəlmək uğrunda sloveniyalı Miha İvançiçi mübarizədən kənarlaşdırıb – 2:0 (21:13,21:13).

 

Ən güclü “səkkizliy”ə yüksəlmək üçün danimarkalı Maqnus Yohannesenlə qarşılaşan badmintonçumuz rəqibi ilə gərgin və maraqlı mübarizə şəraitində keçən görüşdə 2:1 (21-19,12-21,21-19) hesablı qələbə qazanaraq 1/4 finala vəsiqə adlayıb.

 

Edi yarımfinal uğrunda görüşdə fransalı Toma Junior Popovla qarşılaşacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?