Modern.az

Ukraynanın azərbaycanlı Avropa çempionu - FOTOLAR+ VİDEO

Ukraynanın azərbaycanlı Avropa çempionu - FOTOLAR+ VİDEO

İdman

15 Aprel 2024, 17:14

Aprelin 2-dən 14-nə kimi Xorvatiyada keçirilən gənclər arasında boks üzrə Avropa çempionatında Ukraynada yaşayan soydaşımız Rəsul Tural oğlu Quliyev 57 kq çəki dərəcəsində qızıl medal qazanaraq Avropa çempionu olub .

Qeyd edək ki, idmançımız xeyriyyəçi Şamil Quliyevin prezidenti, Ukraynanın əməkdar idman və mədəniyyət işçisi Azər Mustafayevin icraci direktoru və Ukraynanın əməkdar məşqçisi Nurəddin Əlibəylinin baş məşqçisi olduğu "Levşa" boks klubunun yetirməsidir.

Klubun daha bir yetirməsi, 92 kq çəki dərəcəsində döyüşən Oleksandr Slesarev söügedən turnirdə üçüncü yeri tutaraq bürünc medal qazanıb.

Qeyd edək ki, "Levşa" klubu Ukraynanın Odessa şəhərində fəaliyyət göstərir. Yuxarıda adları çəkilən idmançılar və məşqçilər də Odessa təmsilçilərdir.
 

Modern.az-ın məlumatına görə, yarış barədə danışan Azər Mustafayev Rəsul Quliyevin turnirdə 4 döyüş keçirdiyini bildirib. İlk döyüşdə Moldova təmsilçisini məğlub edən azərbaycanlı boksçu ikinci yarışda Azərbaycan idmançısına qalib gəlib.

Yarımfinal döyüşündə Rəsul Avropa çempionu olan Ermənistan idmançısı üzərində qələbə qazanıb. Finalda isə Albaniyadan olan ikiqat Avropa çempionunu məğlub edən Rəsul Quliyev turnirin qalibi olub.

Azər Mustafayevin sözlərinə görə, bu vaxta qədər gənclər arasında cəmi iki Avropa çempionu olub, Rəsul üçüncüdür. Bundan başqa o, İtaliyada və Ermənistanda keçirilən iki Avropa çempionatına Rusiya və Belarus idmançıları iştirak etdiyinə görə qatılmayıb.

Qeyd edək ki, Ukrayna çempionu, dünya üçüncüsü Camal Quliyev də "Levşa" klubunun yetirməsidir. Ümumiyyətlə "Levşa" klubu Ukraynada iki əməkdar idman xadiminin olduğu tək klubdur.
Fəxr edirik ki, hər ikisi soydaşımızdır. Həm məşqçi, həm idmançı həmyerlilərimizə uğurlar arzulayırıq.

 


 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!